• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ

CƏMİYYƏT

01 Fevral 2025 | 22:10 | Müəllif: Subhan Mahmudov

Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026