• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Mikayıl Cabbarov İsrailin maliyyə naziri ilə görüşdü - FOTO

İQTİSADİYYAT

16 Dekabr 2025 | 13:03

Mikayıl Cabbarov İsrailin maliyyə naziri ilə görüşdü - FOTO

Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailin maliyyə naziri, Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR