"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Serbiya "Srvena Zvezda"sından Marko Lazetiçi transfer edib.
18 yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Lazetiç "Srvena Zvezda"nın yetirməsidir. Gənc forvard bu mövsümdə Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 21 oyunda 7 qol vurub.
















