• Bakı 14° C

    2.52 m/s

Milli Məclis Kahramanmaraşla bağlı sazişi təsdiqləyəcək

CƏMİYYƏT

21 Oktyabr 2023 | 13:22

Milli Məclis Kahramanmaraşla bağlı sazişi təsdiqləyəcək

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirəyə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən iclasında deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026