• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

MİQ imtahanlarının dəqiq tarixi, saatı və yeri açıqlandı 

Gündəm

26 Iyun 2024 | 09:44

MİQ imtahanlarının dəqiq tarixi, saatı və yeri açıqlandı 

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının dəqiq vaxtı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, imtahanların keçirləcəyi tarix, saat və yer barədə məlumat artıq iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Beləliklə, MİQ-ə buraxılan müəllimlər imtahanların nə vaxt və harda keçiriləcəyini bilirlər.

MİQ imtahanları iyulun 3-15-i aralığında keçiriləcək.

Xatırladaq ki, mayın 15-dən 22-nədək 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi aprılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilib. 
 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanının nəticələrində keçid balı 40 bal götürüləcək.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.


SON XƏBƏRLƏR

28 Iyun 2024