• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər

GÜNDƏM

25 Iyul 2024 | 12:52

Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər

Bu ilin sonuna qədər "Air Serbia" şirkəti Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlamaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri, Azərbaycanla bu ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

"Serbiya Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi nadir ölkələrdəndir. Lakin iki ölkə arasında birbaşa uçuş imkanı yoxdur. Yaxın günlərdə bununla bağlı Azərbaycanla videokonfrans keçirmək niyyətindəyik. İlk növbədə bu marşrutun aktivliyini yoxlamaq üçün bu ilin sonuna qədər aviareyslər həyata keçirməyi düşünürük", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024