• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ermənilər yeni yolu çəkərkən təxribata cəhd ediblər - Sərhəddə insident

GÜNDƏM

25 Iyul 2024 | 10:11

Ermənilər yeni yolu çəkərkən təxribata cəhd ediblər - Sərhəddə insident

Sərhədin demarkasiyasından sonra Qazaxla üzbəüz yerləşən Tavuş rayonunun Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında ilk insident yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə Kirantsda yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, sərhədin demarkasiyası nəticəsində Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi olan Kirantsdakı körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb.

Lakin ermənilər yeni yolu sərhəd pozuntusu ilə çəkməyə cəhd göstəriblər. Nəticədə insident yaşanıb.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib.

“Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”, - o deyib.

Ermənistan mediası və erməni deputat bununla da təxribatı etiraf etmiş olub.

Azərbaycan tərəfindən olayla bağlı hələ ki rəsmi məlumat verilməyib.Modern.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024