• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Mövqeyimiz Rusiyanı narahat edə bilər, amma... - Ərdoğan

DÜNYA

13 Iyul 2024 | 00:03

Mövqeyimiz Rusiyanı narahat edə bilər, amma... - Ərdoğan

Qərb Rusiya ilə Çin arasında münasibətlərin inkişafından, eləcə də Ukraynada istənilən nəticələrin əldə edilməməsindən ciddi şəkildə narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz güclülərin hökmran olduğu dünya nizamı ilə qarşı-qarşıyayıq. Məsələn, Rusiya Çinlə həmrəydir. Bu isə Qərbi ciddi şəkildə narahat edir. O (Avropa – red.), Ukraynaya həm maliyyə, həm maddi, həm də silah və sursat daxil olmaqla, hər cür dəstək verir. Bütün bu yardımlara baxmayaraq, Qərb dövlətləri hələ də Ukraynada gözlədikləri nəticəni əldə edə bilməyiblər. Onlar üçün zəmanət və arxayınlıq NATO-nun ABŞ-ın ön planda olduğu böyük bir qüvvə kimi mövcud olmasıdır. Güclənirlər. Lakin mövcud gücünə baxmayaraq, digər dünya qüvvələri ilə rəqabətdə istənilən nəticəni əldə edə bilməmək var”, - deyə, o qeyd edib.

Ərdoğan Türkiyənin bu kontekstdə mövqeyinin fərqli olduğuna diqqət çəkib:

“Biz həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayırıq. Eyni zamanda, mümkün qədər ədalətli olmağa çalışırıq. Bizim bu mövqeyimiz həm Rusiyanı, həm də Ukraynanı zaman-zaman narahat edə bilər. Amma biz bir daha deyirik ki, bu ölkələrin hər ikisi bizim tarixən ciddi münasibətlərimiz olan qonşularımızdır”.


SON XƏBƏRLƏR