"Bizim antiterror tədbirlərinə başlamağımızın əsas səbəbi ermənilərin törətdiyi təxribatlar oldu və biz həmişə onlara xəbərdarlıq etmişik. Lakin onlar Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət vermədilər. Sonda isə layiqincə cavablarını aldılar".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Onun sözlərinə görə, hazırda isə anti-terror əməliyyatı yekunlaşdı və beləcə Ermənistan tərəfi təslim oldu.
"Hətta bir neçə gün öncə orada "prezident seçkiləri" şousu keçirildi. Bunun özü də Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə qarşı törədilən təxribat idi. Ümumiyyətlə, onların mülki əhaliyə, hərbçilərimizə və polislərimizə qarşı mina təxribatı digər hərbi toqquşmalarda göstərdikləri təxribat sonda səbrimizi daşırdı",- deyə ekspert qeyd edib.
M.Göyüşlü əlavə edib ki, Azərbaycan dövləti boz ərazinin, zonanın qalmasına imkan verə bilməzdi. Nəticədə Azerbaycan dövləti anti-terror əməliyyatı həyata keçirdi və qarşı tərəfə layiqincə cavab verərək, şəhidlərimizin qisasını aldıq:

Mübariz Göyüşlü: Ermənilər Azərbaycanın xəbərdarlıqlarına əhəmiyyət vermədilər və...
"Keçirilən tədbirlər və əməliyyatlar zamanı da biz mülki obyektləri hədəfə almamışdıq, dinc insanlara yardım göstərərək, silahlarını yerə qoymağı təklif etdik. Həmçinin humanitar dəhliz təklif etmişik. Bu, Azərbaycan Ordusunun xoşməramlı jesti idi”.
“Bundan sonra da Ermənistan tərəfi bizim tələb və təkliflərimizi yerinə yetirməlidi", - deyə Mübariz Göyüşlü vurğulayıb.
Xəyalə Rza
















