• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Müəllimdən rüşvət tələb edən direktorla bağlı ARAŞDIRMA BAŞLADI

CƏMİYYƏT

27 Yanvar 2022 | 22:45 | Müəllif: Qalib İbrahimoğlu

Müəllimdən rüşvət tələb edən direktorla bağlı ARAŞDIRMA BAŞLADI

Astafada ibtidai sinif müəllimi direktorun ondan dərs saatlarına görə rüşvət tələb etdiyini iddia edir. Sosial şəbəkələrdə bununla bağlı səs yazısı yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, səs yazısının Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin müəllimi və direktoruna aid olduğu iddia edilir.

Direktorun təzyiqinə məruz qaldığı və rüşvət tələb edildiyi iddia edilən müəllimə Vüsalə Məmmədova baş verən hadisə ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verib.

Vüsalə Məmmədova iddia edir ki, məktəbin direktoru Mətanət Məmmədova onun dərs yükünə əlavə olunan hər üç saata görə rüşvət tələb edib.

Direktor Mətanət Məmmədova isə səsləndirilən iddiaları qəbul etmədiyini bildirib. Səhhətində problem yarandığını söyləyərək rüşvət tələb etmədiyini və səs yazısının əsassız olduğunu bildirib. Amma onun müavini də "məktəbdə müəllimlərdən rüşvət alındığını iddia edib.

Vüsalə Məmmədova bildirib ki, faktla bağlı Ağstafa rayon Təhsil Şöbəsinə müraciət edib. Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, onlar lazımi məlumatları Təhsil Nazirliyinə təqdim ediblər və müvafiq qərarı gözləyirlər. Təhsil Nazirliyinin məlumatında isə qeyd edilib ki, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026