İngiltərədə bir nəfərin avtobus sürücüsünə tüpürüb müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, "X" platformasında paylaşılan görüntülərdə bir nəfər avtobus dayanacağında gözləyən avtobusun sürücüsünü təhqir edərək tüpürüb.
Həmin şəxs sürücünü “müsəlman terrorçusu” adlandırıb.
Qeyd edək ki, iyulun 29-dan bəri ifrat sağçı ekstremistlərin törətdiyi küçə insidentlərində Böyük Britaniyada müsəlmanlar və müsəlman qurumları hədəf alınıb.
Əli Hüseynov