• Bakı 27° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Musiqi ilə məşğul olmaq beyin sağlamlığını qoruyur

CƏMİYYƏT

31 Yanvar 2024 | 10:58

Musiqi ilə məşğul olmaq beyin sağlamlığını qoruyur

Musiqi ilə məşğul olmaq yaddaşı yaxşı saxlayaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.

Bakıvaxtı.az arici mediaya istinadən xəbər verir ki, bu, İngiltərədə aparılan bir araşdırmanın nəticəsidir.

"International Journal of Geriatric Psychiatry"də dərc olunan araşdırmaya görə, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar.

40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, musiqi dinləmənin insan beyninə təsiri araşdırılıb.

Tədqiqatçılar musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər. Nəticələr göstərib ki, piano və ya orqan çalan insanlar daha çox fayda əldə edir, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir.

Araşdırma musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və müntəzəm olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya qoydu.

Araşdırmanın aparıcı müəllifi Prof. Anne Corbett BBC-yə verdiyi açıqlamada bu araşdırma üçün çox həssas testlər tətbiq etdiklərini, insanların müxtəlif beyin funksiyalarının və musiqinin buna təsirinin araşdırıldığını bildirib.

Corbett, xüsusilə alət çalmağın beyinə böyük təsir göstərdiyini vurğulayıb: "Tədqiqat insanların demans riskini necə aktiv şəkildə azalda biləcəyini və musiqinin də bunun azaldılmasında rol oynadığını göstərir".

İngiltərədəki "Dementia UK" adlı təşkilat da araşdırmanın nəticələrinin demans xəstələrinə müsbət təsir göstərdiyini və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etdiyini bildirib.

Ay Tac


SON XƏBƏRLƏR

16 Iyul 2025