Fələstin fraksiyasının nümayəndələri Moskvada bir araya gəlib.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadla xəbər verir.
Məlumata görə, Fəth və HƏMAS da daxil olmaqla, onlarla Fələstin fraksiyasının nümayəndələri vahid hökumətin qurulmasını müzakirə etmək üçün “Fələstinlərarası” danışıqlar üçün Moskvada bir araya gəlir.
Rusiya paytaxtından Əl-Cəzirə telekanalına danışan Fələstin Milli Təşəbbüsünün baş katibi Mustafa Barquti danışıqlarda ümumi məsuliyyət hissi olduğunu deyib.
“Mən indiki kimi birliyə bu qədər yaxın atmosfer görməmişdim. Mən hesab edirəm ki, bu əsasən ona görədir ki, xalqımızın məruz qaldığı bütün bu qırğınlardan sonra insanlar məsuliyyəti hiss edirlər”.
Mina Mikayılova
















