• Bakı 22° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı

CƏMİYYƏT

31 Mart 2024 | 03:48 | Müəllif: Subhan Mahmudov

Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 21-ci günüdür.

Bakıvaxtı.az xəbər verir ki, sabah imsak vaxtı saat 04:58, iftar isə 19:19-dədir.

İmsak duası:

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”

Tərcüməsi:

“İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR