• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sərxoş halda maşın sürən şəxs həbs edildi

CƏMİYYƏT

01 Mart 2024 | 10:21

Sərxoş halda maşın sürən şəxs həbs edildi

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, saxlanılan zaman R. Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişi pozub.

Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. R.Umudov məhkəmənin qərarı 30 sutka inzibati qaydada həbs olunub. F.İsgəndərovun isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.


Sərxoş halda maşın sürən şəxs həbs edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026