• Bakı 21° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Musiqi ruhun qidasıdırmı? Alimlər cavab verdi...

CƏMİYYƏT

29 Mart 2022 | 19:50

Musiqi ruhun qidasıdırmı? Alimlər cavab verdi...

Musiqi ruhu sağaldır! Musiqi dinləmək ruhumuzu qidalandırdığı elmi şəkildə sübut olunub. Elmi araşdırma nəticəsində musiqinin ruhun qidası olduğu və həyat keyfiyyətini artırdığı təsdiqlənib.

Vücudumuz fizioloji olaraq yemək və su içmək, eləcə də psixoloji olaraq qidalanmağa ehtiyac duyur. Bu ehtiyacı sosiallaşaraq qarşılasaq belə, musiqisiz bir həyat düşünülə bilməz. Musiqi bəzən çətinliklərdə ortağımız olur, bəzən də sevincimizə sevinc qatır, motivasiyamızı artırır.

Bakıvaxtı.az elmi araşdırmalar nəticəsində ortaya çıxan musiqinin faydalarını təqdim edir:

Yemək zamanı musiqi dinləmək həzmi asanlaşdırır: Yemək yeyərkən musiqi dinləyən insanlar daha yavaş yeyirlər və yeməkdən daha çox həzz alırlar. Buna görə də yavaş-yavaş istehlak edilən qida həzmi dəstəkləyir.

Yuxuya keçidi asanlaşdırır:ABŞ Milli Tibb Kitabxanasında nəşr olunan bir araşdırmada xüsusilə klassik musiqinin “yuxusuzluq” xəstələrinin və tələbələrin daha rahat və sağlam yuxuya getmələrini təmin etdiyi izah edilir. Stressi aradan qaldırır: Bir araşdırmaya görə, musiqi insan bədənində stressin öhdəsindən gələn biokimyəvi maddələri stimullaşdırır.

Ağrı hissini azaldır: Musiqi dinləmək ağrı ilə mübarizə aparan duyğu yollarını açaraq insanların diqqətini ağrıdan uzaqlaşdırır.

Məlumatlılığı artırır: Başqa bir araşdırma göstərir ki, insanların əhval-ruhiyyəsinə görə seçdiyi musiqi onlara öz hiss və düşüncələrini daha dərindən öyrənməyə imkan verir.

Zehni fəaliyyəti artırır: İş zamanı musiqi dinləmək diqqəti daha asanlaşdırır. Musiqi dinləmək zehni meditasiyaya yaxınlaşdırır; çünki insanların beyin dalğaları musiqi dinləyərkən meditasiyaya tezlikə çatır.

Depressiya ilə mübarizə aparmağa kömək edir: Klassik musiqi və meditasiya musiqisi insanların kədərləndikləri zaman özlərini daha yaxşı hiss etmələrinə səbəb olur. Narahat olduğumuz zaman musiqi dinləmək bədənimizi masaj etmək kimi təsirə malikdir.

İnsult xəstələrinin sağalma proseslərini sürətləndirir: Finlandiyada aparılan araşdırmaya görə, gündə ən az 2 saat musiqi dinləyən xəstələr daha tez sağalır. Musiqi dinləyərkən hiss olunan aydın duyğular daha nizamlı qan dövranının nəticəsidir.

Cərrahi prosesə müsbət təsir göstərir: Musiqi dinləmək əməliyyatdan əvvəl və sonra çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Ürək xəstələrinin əməliyyatdan əvvəl musiqi dinləmələri onların narahatlığını azaldır. Daha sonra musiqi dinləmək onun sağalmasını və istirahətini asanlaşdırır.

İdmanla məşğul olanlara kömək edir: Sürətli musiqi dinləyənlərin velosiped sürmə və qaçış məşqində performanslarını artırdığını göstərən bir çox fərqli araşdırma var. Çətin məşqdən sonra sevimli musiqisini dinləyən idmançıların məşqdən sonra daha tez sağalması sübut olunmuş elmi faktdır. Musiqi təzyiq altında həyata keçirilən fəaliyyətlərdə performansı artırır. Xüsusən də idmançıların yarışdan əvvəl sürətli musiqi dinləmələri onların stressini azaldır və daha yaxşı çıxış etmələrinə şərait yaradır.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

21 Iyun 2025