• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda evə BASQIN: qadını bıçaqla qorxudub... - VİDEO

CƏMİYYƏT

28 Aprel 2022 | 19:31 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda evə BASQIN: qadını bıçaqla qorxudub... - VİDEO

Sumqayıtda qadının yaşadığı evə basqın olub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə əvvəllər məhkum olunmuş 2 nəfər ona bıçaqla hədə-qorxu gəliblər. Daha sonra içərisində 4900 manat olan pulqabını ələ keçirərək qaçıblar.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda qadının evinə silahlı basqın edilib. Hadisə BTZ bağları adlanan ərazidə baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə "BTZ" bağlar sahəsində yaşayan bir qadını naməlum şəxslərin bıçaqla hədələməsi və evindəki dolabdan içərisində 4900 manat olan pulqabını talamaları barədə müraciət daxil olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər Vüqar Bəylərov və Turan Dadaşlı saxlanıblar. Faktla bağlı araşdırma aparılır.

40 000 AZN-dək krediti ONLAYN sifariş et!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026