• Bakı 21° C

    3.72 m/s

Müxalifət çətin durumda: Düşərgənin seçkidə uğur qazanacağı ehtimalı yoxdur

SİYASƏT

12 Dekabr 2023 | 15:36 | Müəllif: Qalib İbrahimoğlu

Müxalifət çətin durumda: Düşərgənin seçkidə uğur qazanacağı ehtimalı yoxdur

"Növbədənkənar prezident seçkisinin elan olunması gözlənilməz oldu. Müxalifət düşərgəsi növbədənkənar parlament seçkisinin keçiriləcəyini gözləyirdi".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyib.

AMİP təmsilçisi bildirib ki, o baxımdan müxalifət partiyalarının seçkiyə qəfil yaxalanması çətin durum yaradıb: "Müxalifət partiyaları ilk mərhələdə hansı addımı atacaqlarını müəyyənləşdirməkdə çətinlik çəkdilər. Amma siyasi partiyalar hər zaman istənilən prosesə hazır olmalıdır. O cümlədən seçkilərə də hazır vəziyyətdə fəaliyyət göstərməlidirlər”.

Müsahibimiz qeyd edib ki, seçkinin qəfil elan edilməsi, növbədənkənar olması əslində bəhanələrdir: “Reallıq odur ki, indiki məqamda müxalif düşərgənin, siyasi partiyaların hansısa blok şəklində seçkiyə qatılması və ciddi uğur əldə etməsi ehtimalı yoxdur. Çünki hazırkı dövlət başçısının reytinqi, nüfuzu həqiqətən çox yüksəkdir".

Əli Oruclu: Seçkinin qəfil elan edilməsi, növbədənkənar olması əslində bəhanələrdir

Ə.Oruclu vurğulayıb ki, AMİP-in seçkidə iştirakı, prosesə hansı formada qatılacağı və namizəd məsələsi partiyanın kollegial qurumlarında müzakirə olunacaq və yekun qərar veriləcək: "Siyasi partiyalar haqqında qəbul edilmiş qanuna görə, seçkilərdə iştirak etmək məsələsi siyasi partiyalar üzərində bilavasitə öhdəlik, vəzifə kimi qoyulub. Ona görə də boykot ehtimalı, seçkiyə qatılmamaq ehtimalı sıfırdır. Sadəcə hansı formada iştirak məsələsi müzakirə olunacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026