Türkiyənin Diyarbəkir rayonunda 8 yaşlı Narin Güranın qətli ilə bağlı əsaslandırılmış qərar elan edilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Narin Güranın qətli ilə bağlı anası Yüksel Güran, böyük qardaşı Enes Güran, əmisi Səlim Gürana ağırlaşdırılmış ömürlük həbs cəzası istənib.
Etirafçı Nevzat Bəxtiyar “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, qərarın mətni 950 səhifədir və Narinin qətlinin bütün təfərrüatlarını özündə əks etdirir.
Mina Mikayılova