• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

CƏMİYYƏT

06 Avqust 2025 | 20:16

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.


SON XƏBƏRLƏR

06 Avqust 2025