• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Narkotiklə saxlanılan şəxsin daha bir cinayəti üzə çıxdı

CƏMİYYƏT

07 Iyul 2021 | 16:40

Narkotiklə saxlanılan şəxsin daha bir cinayəti üzə çıxdı

Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun VAZ 21013 markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026