• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Karantin qaydaları yoxdur, çox biyabırçı vəziyyətdir - AÇIQLAMA

CƏMİYYƏT

06 Avqust 2021 | 15:30

Karantin qaydaları yoxdur, çox biyabırçı vəziyyətdir - AÇIQLAMA

Təəssüf ki, yenə virusa yoluxanların sayı min nəfəri keçib. Ancaq birdən-birə yoluxanların sayının artması əhalidə şübhə doğurur. Belə ki, futbol oyunları zamanı yoluxanların sayı xeyli azalmışdı. Oyunlar bitdikdən və turistlər getdikdən sonra yenə virusa yoluxanların sayı artmağa bağladı. Ona görə də, əhali yoluxanların sayının şişirdildiyini düşünür. Bəs bu düşüncə nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru Adil Qeybulla bu cür fikirlərin yanlış olduğunu bildirib:

Əslində, yoluxmaların sayı epidemoloji vəziyyətə uyğundur. Diqqət etsəniz, Rusiya, Türkiyə, İran və qonşu Gürcüstanda artım başladıqdan sonra Azərbaycana keçdi. Bunu görməmək mümkün deyil, yəni oyunların bura aidiyyatı yoxdur. Düzdür, yoluxma, təmaslar və s. bunların hamısı müəyyən qədər fon yaratdı. Amma bir şey var ki, Bakıda axşam saat 6-dan sonra restoranlara gedib baxsanız, görərsiniz ki, hamı əylənir, heç bir karantin yox, çox biyabırçı vəziyyətdir. Bu, böyük bir şəbəkədir. Gündə on min belə təmas olursa, bu yoluxma deyil? Bir başqa məsələ də toylardır. Toylar hansı vəziyyətdə keçirilir? Qapalı mühitdə, hətta min nəfərdən çox toya adam yığanlar var. Bunlar hamısı karantin qaydalarını pozaraq müəyyən korparativ maraqlarla həyata keçirilir. Təəssüflər olsun ki, buna göz yumulur. Yəni bu cür məsələlər olduğuna görə biz həm də ətrafda delta ştammının sürətlə yayılmasını görürük. Bu da Azərbaycanın məntiqidir. Burda hər hansı şübhəli şey axtarmağa ehtiyac yoxdur. Sadəcə əhalinin təsəvvürü çox yanlışdır. Sosial şəbəkələrdə hansısa tövsiyyə yazanda çox qeyri-adi reaksiyalar olur. Bu da onu göstərir ki, təəssüflər olsun ki, insanlarımızın təsəvvürləri yanlışdır. Elə bu yanlışlıq da çox vaxt bu məsələlərin əsasında dayanır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR