• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirlikdən hava şəraitinin dəyişməsi ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

05 Sentyabr 2021 | 13:34 | Müəllif: Subhan Mahmudov

Nazirlikdən hava şəraitinin dəyişməsi ilə bağlı XƏBƏRDARLIQ

Sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında: sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026