Rusiyanın Qara dənizdə güclənməsi alyans ölkələrini narahat edir və bu səbəbdən regionda NATO təsirini artırmağı hədəfləyirik.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Gürcüstan Baş naziri İrakli Qaribaşbvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Qara dənizin təhlükəsizliyi NATO və Gürcüstan üçün prioritet məsələdir”, - deyə Stoltenberq bildirib.
O, həmçinin əlavə edib ki, NATO Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.(axar.az)
















