• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

NATO İlham Əliyev və Nikol Paşinyanın Münhendəki görüşünə münasibət bildirib – FOTO

SİYASƏT

19 Fevral 2023 | 17:06 | Müəllif: Subhan Mahmudov

NATO İlham Əliyev və Nikol Paşinyanın Münhendəki görüşünə münasibət bildirib – FOTO

NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də yazıb.

“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026