• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik - FOTO

SİYASƏT

19 Mart 2023 | 21:41

Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik - FOTO

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Bu barədə Bakıvaxtı.az-a diplomatik nümayəndəlikdən məlumat verilib.

“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024