• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Şahin Bağırovdan MÜHÜM TƏYİNAT

SİYASƏT

20 Mart 2023 | 09:02

Şahin Bağırovdan MÜHÜM TƏYİNAT

​​​​​​Azərbaycan Respublikası Gömrük Komitəsində yeni təyinat olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə Anar Cahangirov Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Komitə sədrinin müvafiq əmri ilə A.Cahangirov Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Anar Niyaz oğlu Cahangirov Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

İsmayıl Alısoy


SON XƏBƏRLƏR

25 Aprel 2024