• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Naxçıvanın Sosial Xidmətlər Agentliyində nöqsanlar aşkarlandı

İQTİSADİYYAT

01 Avqust 2024 | 17:01

Naxçıvanın Sosial Xidmətlər Agentliyində nöqsanlar aşkarlandı

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Bakıvaxtı.az Palataya istinadən xəbər verir ki, iclasda ilk olaraq “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Daha sonra “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeliyindəki qurumlar tərəfindən dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditi”nin keçirilməsi müddətinin artırılması qərara alınıb, habelə “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı təsdiq edilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024