Liviyada neft və qaz hasilatının dayandırılması 120 milyon dollardan çox itkiyə səbəb olub.
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Şirkəti Nümayəndələr Palatası(HOR) açıqlama yayıb.
Açıqlamaya görə, neft və qaz quyularının hasilata bağlamasından sonra 3 gün ərzində 120 milyon dollardan çox zərər müşahidə olunub.
"Liviyanın şərqində Nümayəndələr Palatasının (HOR) təyin etdiyi hökumət Mərkəzi Bankın idarəçiliyi ilə bağlı fikir ayrılıqları səbəbindən avqustun 26-da bütün neft yataqlarında, limanlarda və qurumlarda fors-major elan edib. Bu qərar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin edilməsi, Mərkəzi Bankın üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi, maliyyə xidmətlərinin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub", - deyə açıqlamada qeyd olunub.
Gülşən Şərif










jpg-1727505265.webp)





