• Bakı 24° C

    8.14 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Nazir: Azərbaycanda minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb

İQTİSADİYYAT

29 May 2025 | 11:08

Nazir: Azərbaycanda minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb

Son illərdə Azərbaycanda beş böyük sosial islahat paketi həyata keçirilib, minimum əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 29-da Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, cari ildə icrasına başlanılmış yeni islahat paketi 3 milyon nəfəri əhatə edir.

"Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır", - deyə nazir əlavə edib.


SON XƏBƏRLƏR

30 May 2025