• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazir müavini Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh etdi

SİYASƏT

08 Dekabr 2021 | 11:36 | Müəllif: Qalib İbrahimoğlu

Nazir müavini Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh etdi

"Ermənistan bu məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, Ermənistanın məhkəmədə vəsatəti cinayət törətmiş şəxslərin təhvil verilməsi idi: "Bu da təsadüfi deyil. Ermənistanın siyasi gündəliyində bu şəxslərin qaytarılması əsas məsələdir. Həmin şəxslər məhz erməni olduğu üçün saxlanıldığını iddia etmişdilər. Tərəfimizdən məsələ ilə bağlı irəli sürülən bütün ittiham aktları izahlı şəkildə məhkəməyə təqdim edilmişdi. Ermənistan bu məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi. Eyni zamanda məhkəmə Azərbaycanda saxlanılan bütün şəxslərlə hümanist rəftar edilməsini tələb etmişdi. Azərbaycan daim humanizm prinsiplərinə əməl edildiyi ilə bağlı faktları məhkəməyə təqdim edib".

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib./trend/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026