• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Deputatlar TƏTİLDƏ: Kim harada necə dincəlir?

SİYASƏT

06 Yanvar 2022 | 14:53 | Müəllif: Qalib İbrahimoğlu

Deputatlar TƏTİLDƏ: Kim harada necə dincəlir?

Milli Məclisin payız sessiyası bitdikdən sonra millət vəkillərinə 40 gün müddətinə istirahət hüququ verilir. Belə ki, artıq dekabrın 30-dan millət vəkilləri tətildədir.

Bakıvaxtı.az olaraq parlamet üzvləri arasında qış tətilini harda keçirdikləri ilə bağlı maraqlandıq.

“Tədqiqatlarımı davam etdirirəm”

Vüqar Bayramov: “Mən hazırda beyin mərkəzində tədqiqatlarımı davam etdirirəm. Xüsusi bir tətil keçirdiyimi desəm, doğru olmaz. Bir sıra tədqiqatlarım var. Düşündüm ki, parlamentdə tətil müddətində yanvarın 15-nə qədər tədqiqatları tamamlayım. Bakıdayam və artıq növbəti həftə Tərtərə gedib seçicilərlə görüşməyi planlaşdırıram”.

“Kağızların içində itib-batmışam”

Razi Nurullayev: “Mən hal-hazırda Milli Məclisdəyəm. Stolumun üstündə az qala yüz ədəd məktub var. Otaqda üst-üstə kağızların içində itib-batmışam. Əlavə olaraq, özümün digər problemlərim var ki, onlarla məşğul oluram. Xeyli insanlardan müraciət almışam. İstəyirlər ki, onları ziyarət edim, şikayətlərini dinləyim. Ona görə də mənim istirahət haqqında düşünməyə vaxtım olmadı”.

“Tətili Milli Məclisdə keçirirəm”

Vüqar İskəndərov: “Mən hal-hazırda qış tətilimi Milli Məclisdə öz otağımda keçirirəm, yəni işləyirəm. Media qurumlarına müsahibələr verirəm. Hazırda da televiziya kanallarından birinə müsahibə vermək üçün hazırlaşıram. Doğum günüm və Yeni il bayramı ərəfəsində üç günlük Şəki rayonunda oldum. Ənənəvi olaraq doğum günümü və Yeni ili Şəkidə qeyd edirəm. İndi isə Bakıdayam və işlərimi davam etdirirəm”.

“Qış tətilimi Azərbaycanda keçirirəm”

Cavanşir Paşazadə: “Qış tətilimi Azərbaycanda keçirirəm. Hal-hazırda nəvələrimlə rayondayam. Seçicilərlə görüşürəm, şəhid ailələrini ziyarət edirəm. Yeni il bayramını da rayonda qeyd etdim. İndi düşünürəm ki, nəvələrimi məktəbdən buraxsalar, həftə sonları başqa hansısa rayona gedək”.

“Evimdə-eşiyimdəyəm”

Aqil Abbas: “Mən qış tətilimi Bakıda - evimdə-eşiyimdə keçirirəm. İstirahət üçün Bakı daha qaneedicidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR