Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.
Məlumata görə, səfirliyin müraciətində deyilir:
“Əziz vətəndaşlarımız!
Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.
















