Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
Bakıvaxtı.az xəbər verir ki, bunu Azəraycan xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir. Nazir müavini bildirib ki, Şuşa bəyannaməsi isə iki ölkənin inkişafında böyük rol oynayır. Ölkələr arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir.
S.Şərifov qeyd edib ki, təkcə bu il ərzində iki ölkə arasında münasibətlər əlamətdar il olaraq davam edir:
"Artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da həmçinin Azərbaycana səfər edib".
Nazir müavini iki ölkə arasında münasibətlərin iqtisadi sahədə də inkişaf etdiyini vurğulayıb:
"Enerji, logistika layihələri davam edir. Birgə həyata keçirilən nəhəng layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb".