• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Paşinyan öhdəliklərdən yayınsa, uduzan Ermənistan olacaq - AÇIQLAMA

SİYASƏT

14 Avqust 2025 | 11:30

Paşinyan öhdəliklərdən yayınsa, uduzan Ermənistan olacaq - AÇIQLAMA

“Ermənistan rəhbərliyi xarici təsirlərin altında, onların təzyiqi ilə tez-tez fikirlərini dəyişir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, dəfələrlə olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məsələlərə mövqeyi, yanaşması dəyişib:

"2020-ci ildə üçtərəfli bəyannamə imzalananda da gözləntilər o yöndə idi ki, Paşinyan üzərinə götürdüyü öhdəlikləri tezliklə icra edəcək. Xüsusən, Zəngəzur dəhlizinin açılmasından boyun qaçırmayacaq. Ancaq sonradan Paşinyan hökumətinin bunun mümkünsüz olduğunu açıqladı. İndi də nəyisə istisna etmək olmaz. Paşinyan həmin insandır, dəyişdiyinə inanmıram. Unutmayaq ki, məhz Paşinyan 2019-cu ildə "Qarabağ Ermənistandır, nöqtə" deyib. 2020-ci ildən sonra fikirlərini dəyişib. Zəngəzur dəhlizini qəbul etmir, İranla və digər ölkələrlə alternativlər ortaya atırdı. Sonradan bir çox məsələdə yanaşmasını dəyişdi”.

Müsahibimiz vurğulayıb ki, Paşinyan stabil siyasətçi təsirini bağışlamır. Dediyinə görə, ona tam etimad göstərmək olmur:

“Amma artıq geosiyasi vəziyyət tamam dəyişib. Regionda indi başqa ab-havadır".

İlqar Vəlizadə: Paşinyan mövcud reallıqları olduğu kimi dərk etməlidir

Analitik bəyan edib ki, bundan sonra Ermənistan rəhbərliyi Rusiya və İranın təsirləri, təzyiqləri ilə öz mövqeyini yenidən dəyişsə, yəni üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırsa, bundan uduzan Ermənistan olacaq:

"Nikol Paşinyan Donald Tramp kimi bir siyasətçi ilə qarşı-qarşıya gələcək. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinə xəbərdarlığı mühümdür. Bu, həm də ona hesablanıb ki, bölgəyə yeni müharibə lazım deyil. Paşinyan mövcud reallıqları olduğu kimi dərk etməlidir. Həm Azərbaycan, həm də ABŞ ilə münasibətləri korlamaq Ermənistanın siyasi taleyinə acı nəticələr gətirəcək".

Aydln Baxış


SON XƏBƏRLƏR

13 Avqust 2025