• Bakı 24° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Pakistan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ

SİYASƏT

13 Avqust 2025 | 19:43

Pakistan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ

Pakistan Azərbaycan ilə qarşılıqlı etimad, ortaq dəyərlər və ümumi arzular əsasında qardaşlıq əlaqələrini dərinləşdirmək niyyətində olduğunu bir daha təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov ilə telefon danışığı zamanı deyib.

Pakistan Prezidenti bildirib ki, o, Azərbaycana önəmli tərəfdaş kimi baxır, xüsusən də ticarət və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Daha sonra o vurğulayıb ki, investisiya fürsətləri, genişləndirilmiş ticarət əlaqələri və inkişaf etməkdə olan regional nəqliyyat hər iki ölkəni daha da yaxınlaşdıraraq ortaq inkişafa şərait yaradacaq.

Prezident Zərdari Azərbaycan xalqını və Prezidentini Ermənistan ilə imzalanan tarixi sülh razılaşması sənədi münasibətilə təbrik edib. O bildirib ki, razılaşma regionda davamlı sülh, stabillik və inkişafa gətirib çıxaracaq. O cümlədən, qeyd olunub ki, Pakistan münaqişələrin qarşılıqlı hörmət və anlayış əsasında dialoq və sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Prezident, həmçinin Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirdə xalqın ədalətli işinə verdiyi davamlı dəstəyə görə xüsusilə İƏT Əlaqə Qrupunun dəyərli üzvü kimi Azərbaycana təşəkkür edib.


SON XƏBƏRLƏR