• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı PAYLAŞIM

CƏMİYYƏT

15 Fevral 2023 | 16:21

Nazirdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı PAYLAŞIM

Elm və təhsil naziri Emin Əmrullayev Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, nazir bununla bağlı feysbuk hesabında paylaşım edib:

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin - Hümam İsmayıllı, Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Verdiyevin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.

Allah rəhmət etsin!”

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. Tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb. Cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026