• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qaz limiti ləğv olunsun - Deputatdan TƏKLİF

CƏMİYYƏT

17 Mart 2023 | 15:14 | Müəllif: Qalib İbrahimoğlu

Qaz limiti ləğv olunsun - Deputatdan TƏKLİF

“İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat  Naqif Həmzəyev deyib.

Deputat digər bir sıra problemlərlə bağlı da fikirlərini bölüşüb. Bildirib ki, sağlamlıq haqqında arayışın verilməsi üçün ödəniş tələb olunur. Həmin arayışların qiymətləri hər kəs üçün əlçatan olmalıdır.

"Məhəllərdə idman meydançalarının qurulması işini sürətləndirmək lazımdır. Həmçinin,orta məktəblərin həyətındə olan bəzi meydançalar özəlləşdirilib və fərqli məqsədlər üçün istifadə olunur" deyən deputat qeyd edib ki, bunun qarşısını almaq lazımdır.

N.Həmzəyevin sözlərinə görə, şəhərlərarası yollar yaxşı vəziyyətdə olsa da, şəhərdaxili yollarda problemlər var:

"Mən özüm Gəncə şəhərində maşın sürməkdə çətinlik çəkirəm".

"Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı ilin üçüncü ayı olsa da, limitləri başa vuran çox sayda vətəndaşlar var. Düşünürəm ki, qaz limitləri aradan qaldırılıb, əhaliyə vahid tariflər təklif olunsa yaxşı olardı”, - deyə Naqif Həmzəyev vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR