• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Deputat bahalıqdan DANIŞDI

CƏMİYYƏT

17 Mart 2023 | 15:10 | Müəllif: Qalib İbrahimoğlu

Deputat bahalıqdan DANIŞDI

"Rəqabət Məcəlləsi hələ də Milli Məclisə daxil olmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, inflyasiya siyasətinin əsas prioritetlərindən biri bazarda rəqabətli mühitin olmasıdır: "Amma Rəqabət Məcəlləsi hələ də Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirəm ki, sözügedən məcəllə parlamentə daxil olunsun".

V.Əhmədov bildirib ki, hökmran mövqelər barədə müraciətlər çoxdur.

"İstər qida, istər dərman qiymətləri olduqca yüksəkdir. Süni qiymət artımının qarşısı alınmalıdır. Bu istiqamətdə intiinflyasiya tədbirləri gücləndirilməlidir", - deyə Vahid Əhməsod vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026