• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Neft Fondundan dövlət büdcəsinə 12,8 mlrd. manat transfert edilib

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:31

Neft Fondundan dövlət büdcəsinə 12,8 mlrd. manat transfert edilib

2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qanun layihəsinin təqdimatə zamanı deputat Azər Əmiraslanov deyib.

Qeyd edib ki, hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil etmiş, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələyib.

Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib.

Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olmuşdur. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olmuş, real artım tempi isə 0,7 faiz-bəndi təşkil edib.

Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025