• Bakı 16° C

    2.04 m/s

Neftçalada avtomobil yanıb

HADİSƏ

10 Sentyabr 2022 | 22:03 | Müəllif: Subhan Mahmudov

Neftçalada avtomobil yanıb

Neftçalada minik avtomobili yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ədalət Qəhrəman oğlu idarə etdiyi “Daevo Nexia” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yanmağa başlayıb.

Yaxınlıqdakı adamların köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil yararsız hala düşüb.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR