• Bakı 9° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edildi

HADİSƏ

10 Oktyabr 2022 | 13:05

Ukraynada həlak olan qardaşlar Zərdabda dəfn edildi

Ukraynada atəş altına düşərək həlak olan qardaşlar Zərdab rayonunda dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, Fəqan və Gülağa Uğurluyev qardaşlarının cənazələri bu gün Zərdab rayonuna gətirilib. Onlar Məmmədqasımlı kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurluyev, qardaşı Fəqan Uğurluyev və daha 2 nəfər Donetskdə avtomobildə atəşə tutulub.

Bazarda alverlə məşğul olan həmyerlilərimizin Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulduqları bildirilir.

Onlar hadisə yerində ölüb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026