Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin içərisində transformatorun 4 ədəd qoruyucu açarı yanıb.
FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, transformator yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















