• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

08 Dekabr 2022 | 10:40

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Energetiklər qəsəbəsində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-2110" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 6 nəfər - 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026