• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda gənc oğlanı qətlə yetirib qaçdılar - YENİLƏNİB

HADİSƏ

10 Oktyabr 2022 | 15:41

Bakıda gənc oğlanı qətlə yetirib qaçdılar - YENİLƏNİB

Hövsan qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər. Ünvana çatan zaman isə sürücü ilə sərnişinlər arasında dava düşüb.

Dava zamanı sərnişinlərdən biri sürücünün boğazını kəsərək qətlə yetirib.

Hadisədən sonra cinayət törətmiş şəxslər avtomobili götürüb qaçıblar. Qətlə yetirilən şəxs tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir. /APA

***

12:49

Bakıda qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, dünən saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 1994-cü il təvəllüdlü Çərkəz Əfrayıl oğlu Ələsgərov bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs oradan uzaqlaşıb. 

Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026