• Bakı 18° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Netflix" Rusiya ilə bağlı qərarını verdi

MULTİMEDİA

02 Mart 2022 | 20:45 | Müəllif: Subhan Mahmudov

"Netflix" Rusiya ilə bağlı qərarını verdi

Məşhur "Netflix" platforması rus seriallarının istehsalını dayandırıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl rus istehsalçılarına sifariş verilən layihələrlə bağlı işlərin dayandırıldığı bildirilib.

Xatrıladaq ki, Rusiyadakı kinorejissorlardan dörd layihə sifariş edilib: aktrisa Svetlana Xodçenkovanın rol alacağı Anna Karenina haqqında film, aktyor Aleksandr Petrovun iştirakı ilə dram və daha iki tamhüquqlu serial.

Qeyd edək ki, rusiyalı "Netflix" istifadəçiləri bir müddətdir abunə haqqını ödəyərkən problemlə üzləşir. Buna səbəb son bir neçə gündə Qərb ölkələrinin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalardır.

Bundan başqa "Netflix"in Rusiya ilə bağlı qərar verməsi etirazla qarşılanmışdı. Bundan sonra platforma 20 Rusiya telekanalını yayımlamaqdan imtina etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR