• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lapsus$ haker qruplaşmasının 7 üzvü həbs edilib

MULTİMEDİA

26 Mart 2022 | 02:13 | Müəllif: Qalib İbrahimoğlu

Lapsus$ haker qruplaşmasının 7 üzvü həbs edilib

Böyük Britaniyanın hüquq-mühafizə orqanları son günlərdə aktivlik sərgiləmiş Lapsus$ adlı haker qruplaşmasının fəaliyyətində şübhəli bilinən 7 nəfəri həbs ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters saytı məlumat yayıb.

Qeyd olunub ki, sözügedən haker qruplaması son zamanlarda Samsung, NVIDIA, Microsoft və Vodafone şirkətlərinə qarşı kiberhücum reallaşdırıb. Hələ dünən məlumat ortaya çıxmışdı ki, Lapsus$ haker qruplaşmasına rəhbərlik edən şəxs əslində İngiltərənin Oksford şəhərinin 16 yaşlı yeninetmə sakini ola bilər.

Mütəxəssislərin fikirlərinə əsasən həmin 16 yaşlı yeniyetmə sözügedən haker qruplaşmasına rəhbərlik edir və onun üzvlərini ideoloji səviyyədə ilhamlandırır. Məlumata əsasən Böyük Britaniyanın hüquq mühafizə orqanları hacker qruplaşmasının fəaliyyətində şübhəli bilinən 7 nəfəri araşdırmaqla məşğuldur.

“16-21 yaş arası şəxslər həbs edilib. London polisi haker qruplaşması ilə əlaqə məsələsi ilə bağlı şübhəli bilinən şəxslər barəsində araşdırma aparır” - deyə hüquq-mühafizə orqanları qeyd ediblər (technote.az). Daha sonra məlumat verilib ki, saxlanılmış 7 nəfər şəxs azadlığa buraxılsa da onlar nəzarət altındadırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026