• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Telegram”da bir sıra yeniliklər tətbiq edilib

MULTİMEDİA

17 Aprel 2022 | 11:18

“Telegram”da bir sıra yeniliklər tətbiq edilib

“Telegram” messencerində bir sıra yeniliklər tətbiq olunub.

Bakıvaxtı.az xəbər verir ki, indi tətbiq istifadəçiləri bildiriş səsləri yarada, bildirişləri söndürmək və mesajları avtomatik silmək üçün taymerlər təyin edə, yadda saxlanmış orijinal mesajla cavabları yönləndirə və yeni nəsil botları inkişaf etdirib istifadə edə biləcəklər.

Artıq tətbiqin yenilənmiş versiyasında siz bildirişləri tamamilə və ya müəyyən müddətə söndürə bilərsiniz.

İstənilən çatlarda taymer parametri ilə mesajların avtomatik silinməsi funksiyası da istifadəçilər üçün əlçatan olub.

Bundan əlavə, şirkət tərtibatçıları “JavaScript”də interfeys yaratmaq üçün yeni alətlər təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR