• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

"Instagram"da NFT tokenlərin testinə start veriləcək

Multİmedia

11 May 2022 | 05:32

Instagramda NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi testinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, NFT tokenlər adətən unikal rəqəmsal incəsənət və kolleksiya obyektlərinin orijinallıqlarının təsdiqlənməsində istifadə edilir. Hal hazırki mərhələdə ABŞ-dan olan məhdud sayda istifadəçi kriptovalyuta portmanatında yerləşən NFT tokenlərinin çıxarılması və ya onlarla bağlı olan təsvirlərin Instagram hesablarında paylaşılması üçün dəstəklənən portmanatlardan istifadə edə bilər. Məlumata əsasən Instagram daxilində yeni funksiyanın testi çərçivəsində istifadəçilər fərdi kriptovalyuta portmanatlarını öz Instagram hesablarına birləşdirərək NFT-ləri pulsuz şəkildə yayımlaya biləcəklər. Məlumatda qeyd edilib ki, Instagram-da artıq Polygon və Ethereum kimi blockchain texnologiyalarının dəstəkləri reallaşdırılıb.

Yaxın zamanda isə Flow və Solana kimi digər blockchain texnologiyalarının dəstəkləri də əlavə ediləcək. Kriptovalyuta portmanatlarına gəldikdə isə istifadəçilər öz Instagram hesablarına Rainbow, MetaMask, Trust Wallet, Coinbase, Dapper və Phantom kimi portmanatları qoşa bilərlər. “Yaxın zamanda biz, Facebook-da rəqəmsal əşyaların kolleksiyalarının yığılması imkanını istifadəyə verəcəyik. Bundan əlavə olaraq biz, istifadəçilərə fərdi rəqəmsal kolleksiya əşyalarını Instagram Stories-də AR stikerlər formatında bölüşmək imkanını da təqdim edəcəyik. Bunun hesabına sözügedən texnologiyanın üstünlükləri kontent yaradıcıları ilə kolleksiyaçılar üçün əlçatan olacaq” - deyə Meta şirkətinin təmsilçisi qeyd edib (technote.az). Qeyd etmək lazımdır ki, yaxın zamanda istifadəçilər həmçinin Meta şirkətinin software məhsulu olan Spark AR Studio üzərindən AR elementlərə sahib NFT tokenlərlə qarşılıqlı əlaqədə ola biləcəklər.


SON XƏBƏRLƏR

16 Aprel 2024