• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Whatsapp-da YENİ FUNKSİYA: Göndərilmiş mesajları...

MULTİMEDİA

02 Iyun 2022 | 07:04 | Müəllif: Qalib İbrahimoğlu

Whatsapp-da YENİ FUNKSİYA: Göndərilmiş mesajları...

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ayırmırlar. Nəticədə mesajı qəbul etmiş şəxs mesajı göndərmiş şəxsi düzgün şəkildə başa düşməyə və ya mesajda buraxılmış səhvlərdən təəccüblənə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Whatsapp-da göndərilmiş mesajları redaktə etmək funksiyası mövcud deyil. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Whatsapp tərtibatçıları yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində istifadəçilər artıq göndərilmiş mesajların redaktə edilməsini reallaşdıra biləcəklər. Hazırlanan funksiya Twitter üçün hazırlanan eyni funksiyaya bənzəsə də messencerdəki interfeys daha sadə olacaq.

Twitter üçün hazırlanan funksiya çərçivəsində mesajı göndərən şəxs redaktə tarixçəsini və göndərilmiş hər bir mesajın köhnə versiyasını izləyə biləcək. Lakin Whatsapp-da bu cür imkan mövcud olmayacaq. Messencerin mesajı qəbul edəcək şəxsə mesajın redaktə edildiyi bildirişini göndərib-göndərməyəcəyi də bilinmir (technote.az). Bundan əlavə olaraq mesajı göndərəndən sonra onun redaktə olunması üçün hansısa zaman limitinin qoyulub-qoyulmayacağı da aydın deyil. Sözügedən funksiya ilk öncə Whatsapp-ın Android versiyasında aşkar edilib. Funksiya hələ ki, hətta messencerin beta test versiyasında da aktiv deyil. Məlumatda qeyd edilib ki, funksiya messencerin iOS və kompüterlər üçün nəzərdə tutulmuş versiyalarında da aktiv olacaq. Göndərilmiş mesajların redaktə edilməsi funksiyasının hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026